Avropa Komissiyasının sədri Ursula fon der Leyen uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti qoyulmasını təklif edib.
13-15 yaş arası yeniyetmələr yalnız valideyn nəzarəti ilə yaradılan məhdud funksiyalı hesablardan istifadə edə biləcəklər. 15-18 yaş arası şəxslər üçün isə sosial media platformalarında təhlükəsiz dizayn məcburi olacaq.
Yeni qaydaların sosial şəbəkələr, video platformaları, onlayn oyunlar və süni intellekt çat-botlarına şamil edilməsi təklif olunur.
Bakunews.tv