Kreml Putinin G20 sammitində iştirakı ilə bağlı açıqlama verib
Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar qəbul olunmayıb.
“Xeyr, hələlik qərar qəbul edilməyib”, – Peskov Putinin sammitdə iştirakı ilə bağlı suala cavabında deyib.
Kremlin sözçüsü noyabrın 18-də də bildirmişdi ki, Rusiya liderinin G20 sammitinə səfəri bir sıra amillərdən asılı olacaq.
Onun sözlərinə görə, bu qərara Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Çinin Şençjen şəhərində keçirilən təmasların nəticələri də təsir göstərə bilər.
Qeyd edək ki, Putin daha əvvəl Rusiyanın G20 sammitində yüksək səviyyədə təmsil olunacağını açıqlamışdı.
Bakunews.tv