Dünya
324
13-07-2022, 21:31

ABŞ hipersəs silahlarını sınaqdan keçirib.

ABŞ Hərbi Hava Qüvvələri "ARRW" proqramı çərçivəsində hipersəs silahının prototipini uğurla sınaqdan keçirib.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mart ayının ortalarında ABŞ hipersəs raketinin uğurlu sınağını keçirib, lakin Rusiya ilə gərginliyi artırmamaq üçün bu barədə məlumat yaymayıb. Strateji B-52 bombardmançı təyyarəsindən atılan raket 19 kilometr yüksəkliyə qalxaraq 480 kilometr məsafə qət edib.

Bundan əvvəl ABŞ-ın Kosmik Qüvvələrinin generalı David Tompson bildirib: “Hipersəs proqramlar baxımından çinlilər və rusiyalılar qədər irəlidə deyilik. Ancaq ABŞ sürətlə onlara çatmağa çalışır”.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər