Dünya
496
16-07-2022, 08:08

Rusiyada təyyarə qəzaya uğrayıb

Rusiyanın Krasnodar diyarında An-2 təyyarəsi qəzaya uğrayıb.

bakunews.tv milli.az və trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın region üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildiriblər.

"Saat 22:30-da Novokubanski rayonu, Proçnookopskaya kəndi yaxınlığında eniş zamanı elektrik xətti ilə toqquşması nəticəsində An-2 təyyarəsi qəzaya uğraması barədə məlumat daxil olub", - deyə açıqlamada deyilir.

Qəza yerində yanğın olmadığı qeyd edilir. Ərazidə 31 nəfər və 11 texnika çalışır.

Qeyd edilir ki, qəza nəticəsind təyyarənin hər iki pilotu həlak olub.

bakunews.tv
Son xəbərlər