Dünya
319
18-07-2022, 05:51

Ukraynanın baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrindən azad edilib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu, və baş prokuror İrina Venediktovanı vəzifələrindən kənarlaşdırıb.

bakunews.tv report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncamlar dövlət başçısının internet saytında yerləşdirilib.

“Ukraynanın 24 mart 1999-cu il tarixli 551-XIV nömrəli Qanunu ilə təsdiq edilmiş Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 47-ci maddəsinə əsasən, Bakanov İvan Gennadyeviç Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılsın”, - sənəddə deyilir.

Ukrayna dövlətinin başçısı digər fərmanla “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanunun 11-ci maddəsinin ikinci hissəsi əsasında İrina Venediktovanı baş prokuror vəzifəsindən kənarlaşdırıb. Bu vəzifənin icrası Aleksey Simonenkoya həvalə edilib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər