Dünya
306
18-07-2022, 06:59

Ermənistanın sabiq prezidentinin evinə bomba qoyulması xəbəri yayılıb

Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyanın İrəvanda yerləşən evinə bomba qoyulması barədə xəbər yayılıb.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Qeyd edilir ki, hazırda Ter-Petrosyanın evinə polis, kinoloqlar və xilasedicilər gəlib.

Ermənistan Polisinin Patrul Xidmətinin İrəvan alayının əməkdaşları sabiq prezidentin evinə daxil olaraq axtarış aparırlar.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər