Dünya
288
18-07-2022, 08:26

Təyyarənin qəzaya uğradığı yerdə səkkiz pilotun cəsədi tapılıb

Yunanıstanın şimalında qəzaya uğrayan Ukraynaya məxsus "An-12" təyyarəsinin bütün səkkiz ekipaj üzvünün cəsədi təyyarənin qalıqları altından çıxarılaraq Komotini Şəhər Xəstəxanasına göndərilib.

bakunews.tv-nun trend-ə istinadən məlumatına görə, bu barədə "ERT-1" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, "An-12" təyyarəsinin qəzası yerində ölənlərin tapılması əməliyyatı başa çatıb. Hazırda cəsədlər məhkəmə-tibbi ekspertizasının keçiriləcəyi Komotini xəstəxanasına çatdırılır, daha sonra isə Ukraynanın Yunanıstandakı diplomatik nümayəndələrinə təhvil veriləcək.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər