Gündəm / Cəmiyyət
154
12-01-2024, 13:28

Polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər


Salyan Rayon Polis Şöbəsinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyasında fəal iştirak ediblər.

DİN-in Mətbuat Xidmətinin Şirvan  regional qrupundan verilən məlumata görə, bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə  Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə "Talassemiyadan əziyyət çəkən və qana ehtiyacı olan digər xəstələr üçün təşkil olunmuş qanvermə aksiyası" keçirilib. Gerçəkləşən humanist aksiyada Salyan Rayon Polis Şöbəsinin şəxsi heyəti də fəal iştirak edib.

Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiblər, daha sonra isə qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyada iştirak etməyi özlərinə vətəndaşlıq borcu, xəstə soydaşlarımızla həmrəylik nümunəsi olduğunu bildiriblər.

Qeyd edək ki, yığılmış qan hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər