Gündəm / Cəmiyyət
137
22-02-2024, 11:10

Kamil bu ölkələrə gedə bilməyəcək

MDB ölkələrinin heç birinə girə bilmərəm. Bunun da səbəbi müharibə vaxtı əsgərlərimizə, dövlətimizə bir vətəndaş kimi köməyim idi.

Bunu Baku TV-yə açıqlamasında bu gün səhər saaatlarında Bakıya qayıdan Kamil Zeynallı deyib.

"Müharibə vaxtı bəzi videolarıma görə 2020-ci il sentyabrın 29-da cinayət işi açmışdılar. 2023-cü ilin iyun ayında isə axtarışa vermişdilər. Amma ad-soyadımda səhvlik olduğu üçün dekabrda iki dəfə Rusiyada gedəndə məni saxlamışdılar. Daha sonra pasportumu qaytarmışdılar ki, hərflər uyğun gəlmir", - Kamil bildirib.

Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir.

Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə K.Zeynallı ötən gün günorta saatlarında azad edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər