SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Vilayət Eyvazov daha iki rayona rəis təyin etdi

Vilayət Eyvazov daha iki rayona rəis təyin etdi

14.03.2024 15:51 271
Neftçala və Oğuza yeni polis rəisləri təyin edilib.

Bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Xəbəri necə qiymətləndirirsiniz?