Gündəm / Cəmiyyət
168
14-03-2024, 16:25

Binəli Yıldırım: Türkiyə Cənubi Qafqazda sülhün bərqərar edilməsinə tərəfdardır

Türkiyə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəklədi.

Bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Türkiyənin tanınmış siyasətçisi Binəli Yıldırım “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ll panel müzakirəsində deyib.

O bildirib ki, Ankara Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi və ölkənin ərazi bütövlüyünün təmin olunması üçün bütün siyasi iradəsini ortaya qoymuşdu:

"Bu həm də bizim Cənubi Qafqazda sülhün bərqərar edilməsinə tərəfdar olduğumuzu təsdiqləyir".
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər