Gündəm / Siyasət
106
16-12-2024, 17:35

Prezident “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir. Həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunub.

Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər