SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Maliyyə Nazirliyinin aparat rəhbəri dəyişib

Maliyyə Nazirliyinin aparat rəhbəri dəyişib

10.03.2025 17:59 120
Maliyyə Nazirliyinin aparat rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib. 

Bununla bağlı nazir Sahil Babayev yeni əmr imzalayıb. 

Nazirin digər əmrinə əsasən, bu vəzifə Natiq Həsənova həvalə olunub. 

O, 1979-cu ildə anadan olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

N.Həsənov 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi,  2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri,  2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

"C.Yusifovun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqədar öz arzusu ilə xitam verilib", - deyə məlumatda qeyd olunub. 
Xəbəri necə qiymətləndirirsiniz?