Gündəm / Siyasət
27
4-07-2025, 11:52

Türkiyə prezidenti Azərbaycana yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv dövlətlərinin dövlət başçılarının iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.
Bakunews.tv bu barədə "TRT Haber"ə istinadən məlumat yayıb.

Qeyd olunur ki, səfərdə Türkiyə liderini ölkənin xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türkiyə Prezidentinin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edirlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər