SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Səməd Seyidovun kürəkəni "Umico“ rəhbərliyindən çıxarıldı: YENİ TƏYİNAT

Səməd Seyidovun kürəkəni "Umico“ rəhbərliyindən çıxarıldı: YENİ TƏYİNAT

14.01.2026 10:02 217
"PASHA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən onlayn ticarət platforması "Birmarket”ə (əvvəlki adı Umico) yeni direktor təyin edilib.
7NEWS.az xəbər verir ki, "PashaPay” MMC-nin sabiq sədri Samir Məmmədov Sabir oğlu, "Competo” MMC-nin, yəni "Birmarket”in direktoru təyin edilib.
Samir Məmmədov bu vəzifədə Rauf Qulaməliyev İlham oğlunu əvəz edib. Qeyd edək ki, "Competo” MMC 2018-ci ildə təsis edilib və hazırda şirkətin 178.38 milyon manat nizamnamə kapitalı mövcuddur. "Birmarket” platforması istifadəçilərə müxtəlif kateqoriyalar üzrə məhsulların onlayn sifarişi, çatdırılması və loyallıq proqramları vasitəsilə alış-veriş imkanı təqdim edir.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?