Ramiz Mehdiyevin növbəti həftə məhkəməsi keçiriləcək
XALQ xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin bu növbəti həftə məhkəməsi keçiriləcək.
Belə ki, 2025-ci ilin oktaybr ayında Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.
Ramiz Mehdiyev haqqında oktaybr ayında verilən qərardan növbəti həftə 4 ay müddət keçir.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, məhkəmə qərarından sonra Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib.
Bakunews.tv