Gündəm
7
Dünən, 13:23

“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

Bu gün Türkiyənin aparıcı inşaat, mühəndislik və infrastruktur şirkətlərindən biri olan “Yapı Merkezi” şirkəti və “Caspian Capital Holding”in birgə tərəfdaşlığı ilə təsis olunmuş “Yapı Merkezi Azərbaycan” şirkətinin rəsmi təqdimat mərasimi baş tutub.
Yenicag.az xəbər verir ki, tədbirdə dövlət və özəl sektor nümayəndələri, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatları Fazil Mustafa, Aydın Hüseynov, iş adamları, beynəlxalq tərəfdaşlar və media nümayəndələri iştirak ediblər.


Təqdimat mərasimində şirkətin fəaliyyət istiqamətləri, strateji hədəfləri, texnoloji imkanları və perspektiv əməkdaşlıq planları barədə ətraflı məlumat verilib.

Tədbirin yekununda isə “Yapı Merkezi A.Ş.”nin baş direktoru Özge Arıoğlu və “Caspian Capital Group” şirkətinin təsisçisi Elxan Paşayev “Yapı Merkezi Azərbaycan” şirkətinin təsis olunması ilə bağlı yekun sənədi imzalayıblar.




Bakunews.tv
Son xəbərlər