Artıq bir müddətdir ki, bloqer Çelsi Baxşıyevanın Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Anar Pirməmmədovla bağlı səsləndirdiyi fikirlər gündəmi zəbt edib. Belə ki, bloqer A.Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki övlad atası olduğunu öyrəndiyini bildirib. Bloqer bu haqda silsilə videolar paylaşaraq Pirməmmədovlar ailəsi tərəfindən təhdid olunduğunu iddia edir.
Manset.az məsələ ilə bağlı A.Pirməmmədovun əmisi, təhsil nazirliyinin sabiq aparat rəhbəri İlham Pirməmmədovla əlaqə saxlayıb. O, hadisədən məyus olduqlarını bildirib:
“Mən bu məsələyə mat qalmışam, nə deyəcəyimi bilmirəm. Bu hadisə 4 il əvvəl baş verib. Özləri bilər, bir də Allah bilər. Qardaşımla da bu barədə danışmışıq. Anar ailəli adamdır, istəməzdik belə bir hal yaşansın. Bu qız isə hələ də ondan əl çəkmir. Məqsədinin nə olduğunu bilmirik. Qardaşım oğlu bu faktı gizlətmir, aralarında münasibət olub. Anar müəllimin iki övladı var. Mən bu hadisədən sonradan xəbər tutmuşam. Bu məsələ üzə çıxandan sonra Anar işdən çıxarıldı. Hazırda heç bir işlə məşğul deyil, evdədir. Çətin vəziyyətdir, ölkədə biabır oldu. Biz də narahatıq ki, uşağın ürəyi tutar, xəstə olar”, – deyə İ.Pirməmmədov bildirib.
Bakunews.tv