Gündəm
11
Bu gün, 20:22

Azərbaycanlı diplomat bələdiyyə sədrinə “Mersedes” hədiyyə etdi

Azərbaycanlı diplomat bələdiyyə sədrinə “Mersedes” hədiyyə etdi

Kars Bələdiyyə Başçısı Prof. Dr. Ötüken Senger iki ildir ki, bələdiyyəyə məxsus rəsmi avtomobil olmadığı üçün şəxsi avtomobilini istifadə edirdi.

XALQ xəbər verir ki, bu vəziyyəti öyrənən Azərbaycanın Kars Başkonsulu Zamin Əliyev Kars Bələdiyyəsinə 2013-cü il model Mercedes markalı avtomobili hədiyyə edib.

Zamin Əliyev Qarsda baş konsul

Ötüken Senger hədiyyəyə görə təşəkkür edərək deyib ki, Əliyev bu jesti “Biz qardaşıq; hər çətinlikdə bir-birimizin yanında olmalıyıq” sözləri ilə edib.

Baş konsul isə “Kars bizim üçün çox qiymətli şəhərdir. Biz bunu hədiyyə yox, qardaş köməyi hesab edirik” ifadəsini işlədib.

Gununsesi.info

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər