Gündəm
20
Bu gün, 12:03

Binəqədi rayonunda ağaclar məhv edilir: Bu tikintiyə hansı şərtlərlə razılıq verilib?

Binəqədi rayonunda ağaclar məhv edilir: Bu tikintiyə hansı şərtlərlə razılıq verilib?

Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində, Mirmahmud Kazımovski küçəsində (DƏRNƏGÜL 2 yarımstansiyasının qarşısında yerləşən sahə) ciddi narahatlıq doğuran hadisələr baş verdiyi iddia olunur.
Daxil olan məlumatlara görə, qeyd olunan ərazidə VİP CONSTRUCTION MMC tərəfindən çoxsaylı ağacların kəsildiyi bildirilir. Yerli sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayətlər ünvanlanıb və şirkət müxtəlif vaxtlarda cərimələrlə cəzalandırılıb.
Lakin buna baxmayaraq, iddialara əsasən, ağacların kəsilməsi və tikinti işləri hazırda da davam etdirilir. Sakinlər bildirir ki, sonuncu şikayətdən sonra EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ-nin əməkdaşı onlarla əlaqə saxlayaraq faktın protokollaşdırıldığını və işin məhkəməyə göndərildiyini deyib. Bununla belə, şikayətçilərə hər hansı məhkəmə qərarının təqdim olunmadığı qeyd olunur.
Ən çox narahatlıq doğuran məqamlardan biri isə tikinti işlərinin birbaşa elektrik infrastrukturuna yaxın ərazidə aparılmasıdır. Belə ki, obyektin DƏRNƏGÜL 2 YARIMSTANSİYASI-na çox yaxın məsafədə inşa edilməsi təhlükəsizlik baxımından ciddi suallar yaradır. Mütəxəssislər bu kimi halların həm texniki risklər, həm də mümkün fövqəladə hallar baxımından təhlükəli ola biləcəyini vurğulayırlar.
Sakinlər hesab edir ki, yaşıllıqların kütləvi şəkildə məhv edilməsi və paralel olaraq tikintinin davam etdirilməsi qanunvericiliyin açıq şəkildə pozulmasıdır. Onlar məsələ ilə bağlı daha ciddi tədbirlərin görülməsini və ictimai nəzarətin gücləndirilməsini tələb edirlər.
Məsələ ilə bağlı olaraq aidiyyəti qurumlara rəsmi sorğular ünvanlanacaq. Mövzunu diqqətdə saxlayacağıq.
QEYD: Əgər qeyd olunan faktlar təsdiqini tapsa, bu, həm ekoloji, həm də ictimai təhlükəsizlik baxımından ciddi hüquqi məsuliyyət yarada bilər. Aztimes.az






Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər