Gündəm
1
Bu gün, 17:39

İslam Kərimovun qızına qarşı yeni iddia - Bu dəfə İsveçrədə

İslam Kərimovun qızına qarşı yeni iddia - Bu dəfə İsveçrədə

İsveçrənin Bellinson şəhərinin federal cinayət məhkəməsi Özbəkistanın məhrum Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı qiyabi məhkəmə prosesinə başlayıb.
Bakupost.az xəbər verir ki, G.Kərimova hazırda Özbəkistanda həbsdə olduğundan həmin məhkəmə prosesində iştirak edə bilmədiyini qeyd edib.

Xatırladaq ki, İsveçrə məhkəməsi Kərimovaya qarşı 2023-cü ilin payızında ittiham irəli sürüb. Bildirilir ki, o çoxsaylı şirkətlərin daxil olduğu “Ofis” adlı cinayətkar qrup yaradıb. Özbəkistanın məhrum Prezidentinin qızı İsveçrədə və digər ölkələrdə yüz milyonlarla dollarlıq "cinayət mənşəli" vəsait yerləşdirməkdə, eləcə də qanunsuz yolla əldə edilmiş nağd pul, zərgərlik və digər qiymətli əşyaların saxlanmasını təşkil etməkdə ittiham olunur.

İttiham aktına görə, həmin qruplaşma 2005-ci ildən İsveçrədə fəaliyyət göstərməyə başlayıb. Kərimova isə cinayətkar fəaliyyətlə təxminən 2013-cü ilə qədər məşğul olub.

Qeyd edək ki, G. Kərimovaya qarşı 2013-cü ildə Özbəkistanda oğurluq və vergidən yayınma ilə bağlı iki cinayət işi tətbiq edilib. Birinci işlə bağlı o, 2015-ci ildə 5 il, ikinci işlə bağlı isə 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, 2020-ci ilin martında Daşkənd Şəhər Məhkəməsi Gülnarə Kərimovanı sui-qəsd, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, soyğunçuluq, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham edərək 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər