Gündəm / Cəmiyyət
15
Bu gün, 14:20

Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ... - İLGİNC İDDİA

Bir neçə gündür ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tahirov tərəfindən aldadılaraq külli miqdarda pulu ələ keçirilən iş adamı, əslən Saatlı rayonundan olan və Saatlı rayonu Şirinbəy kəndində qeydiyyat olmaqla, Bakı şəhəri Xətai prospekti "Armoni ressidense", Blok E, 6-cı mərtəbə, mənzil 606-da yaşayan Lətifov Alim Zirəli oğlunun başına gələnləri
"DİA-AZ" olaraq ictimailəşdirməkdəyik. Xatırladaq ki, məhkəmə-ədliyyə sistemində ciddi himayədarları olan Nazim Tahirov məhz bu əlaqələrinin hesabına bu vaxta qədər onlarla sahibkarın əleyhinə saxta məhkəmə qərarları çıxartmağa müvəffəq olmuşdur.

Özünü hər yerdə MƏHKƏMƏLƏR KRALI deyərək öyünən, dövlətin ən ali hakimiyyət qollarından birinin ədalətini şübhəyə alan Nazim Tahirovun bu münasibətləri ilə bağlı hətta Lətifov Alim Zirəli oğlu tərəfindən düşdüyü çıxılmaz durumla bağlı Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov cənablarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov cənablarına da müraciət ünvanlanmış, kömək istənilmişdir. Çünki bir zamanlar Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi, Baş icra məmuru vəzifələrini tutan Nurəddin Mustafayevin, habelə bir neçə məhkəmə sədrinin adı məhz Nazim Tahirovun üzvü olduğu şəbəkə ilə ortaqlıqda hallanır, bununla bağlı Fərid Əhmədov və İnam Kərimovdan kömək istənilir.

Keçən günlərdə vəd etmişdik ki, ayrı-ayrı sahibkarları saxta məhkəmə qərarları ilə müflis duruma salan və hətta intihar həddinə çatdıran Nazim Tahirovun güvəndiyi bir neçə məhkəmə instansiyası var ki, onlardan biri də Qaradağ rayon məhkəməsidir. Son günlər məhz bu qurumdan və bu rayonun məhkəmə icra şöbəsindən aldığı dəstək hesabına Nazim Tahirov yeni quldur planlarını icra etməkdədir.

Əldə etdiyimiz məlumatlara görə, bu işdə adı hallanan Qaradağ məhkəməsinin sədri Xəyal Sarıyev nə qədər neytral görünməyə çalışsa da, başlıca maraqlı tərəflərdən biri kimi çıxış edir. Ona görə də bu gün Nazim Tahirov kimi SAHİBKAR QƏNİMİ asanlıqla "məhkəmələr mənə işləyir" deyə bilir.

Kimdir Xəyal Sarıyev? Elə mətbuat üzərindən apardığımız qısa araşdırma ortaya ilginc faktları çıxardı.
Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ... - İLGİNC İDDİA

Sarıyev Xəyal Əjdər oğlu haqqında bu məlumatlar yerləşdirilib:
1973-cü ildə anadan olub.1995-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinin məzunu olub. 1997–2007-ci illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsində iclas katibi, 2007–2008-ci illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində iclas katibi, 2008–2017-ci illərdə isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi, 2017-ci ildən bu keçən ilin aprel ayının 11-nə qədər isə Bakı Apellyasiya Məhkəməsinin hakimi, ondan sonra isə Qaradağ rayon məhkəməsinin sədri və hakimi kimi çalışır.

Burada, Sarıyevin bioqrafiyasında diqqət çəkən bir məqam isə çox ciddi qanun pozuntusu hesab olunmalıdır.

Qanunun tələbinə görə, hakim hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş stajına malik olmalıdır, amma Xəyal Sarıyevin bioqrafiyasından görünür ki, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinin məzunu olduqdan cəmi 3 il sonra – 2008-ci ildə Nizami Rayon Məhkəməsinin hakimi təyin olunub.
Maraqlıdır, açıq-aşkar Konstitusiyanın pozulması faktı olsa da, X.Sarıyev karyera pillərində irəliləyərək Qaradağ rayon məhkəməsinin sədri və hakimi vəzifəsinə irəli çəkilib.

Bu faktın gərəkən formada araşdırılması həm Fərid Əhmədov üçün bir ədliyyə naziri olaraq, həm də İnam Kərimov üçün bir Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının sədri olaraq MÜHÜM VƏZİFƏ BORCU ƏHƏMİYYƏTİNDƏDİR.

Məhkəmə sistemi hər bir dövlətin NAMUSU hesab olunur. Burda isə LƏKƏ kimi görünən istənilən şübhəli məqam ciddi qiymətləndirmə zərurəti altında olmalıdır.

Əgər iddia olunanlar ciddi hüquqi əhəmiyyət daşıyırsa, bu, təkcə Sarıyevin hakimlik karyerasını yox, onun bu vaxta qədər hakim kimi verdiyi qərarların hüquqi çəkisini də şübhəyə almış olacaq.

Haydı cənablar... Vəzifə borcunuzu yerinə yetirmək sırası sizdədir...

Biz isə izləməyə, müşahidələrimizi paylaşmağa davam edəcəyik.


Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər