Gündəm / Bölgə
54
3-03-2023, 01:36

Masallıda toy kortejində avtoşluq edənlərlə bağlı DİN-nin Mətbuat xidmətindən açıqlama - YENİ TƏFƏRÜATLAR

Kartejinin avtoxuliqanlığına şərait yaradan yolun bağlanmasın təmin edən inspektor kimdir....?

İlkin olaraq qeyd edək ki bakunews.tv xəbər portalının dərc etdiyi məqalə məhkəmə qərarında belə dəyişiklik edilməsinə gətirib çıxardı. Lakin Masallı RPŞ yenədə qanunları deyil öz maraqlarını dövlət qanunlarından üstün gördüyünü desək yəqin yanılmarıq. Buna səbəblər olmasa bu qədərdə üstünə getməyəcəyimizi həm media nümayəndələri həmdə dövlət qurumlarına yaxşı bəlidir. Baş vermiş əməlin məsuliyyətini Daxili İşlər Nazirliyinin regional Mətbuat Xidmətinə Masallı RPŞ-dən verilən məlumatını olduğu kimi sizlərə çatırırıq. Həmçinin bildirilən münasibətə qarşıda əlimizdə olan məlumatlarıda bildirməkdən məmurlar kimi yan keçmək niyyətimizdə yoxdur.
_____________________________________________________________

UluTv.İnfo-ya Regional Mətbuat Xidmətindən bildirilir:
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bakunews.tv-ya bildirilib ki, sosial şəbəkələrdə paylaşılan həmin görüntülərlə əlaqədar dərhal Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb. Həmin avtoxuliqanlıq əməlini törədən sürücü Y.İsmayılov və avtomobilin sahibi M.Fəttahlı müəyyən edilərək barələrində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.İsmayılov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs olunub, M.Fəttahlı isə cərimə olunub. Bundan başqa həmin vaxt orada olan və müxtəlif qayda pozuntularına yol verən digər 4 sürücü barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib.
_____________________________________________________________

Qeyd edək ki M.Fəttah cərimə edilməsi kortejdəki əməlinə görə deyil, küçədə söyüş söydüyünə görə olması artıq kimlər tərəfindən himayə edilməsi sualını doğurur. Birdirdiyimiz kimi toy 10-RO-008 dövlət qeydiyyatı ilə avtomobili iolan şəxsindir. Bu şəxsin yaxın qohumu isə Masallı DYP-in inspektoru işləyir. Toyun keçirildiyi gün işdə olmayan ispektor Anarda həmin kortejdə olub deyə mənbə bildirib. Kortejin hoqqa verməsi üçün yolun bağlanmasınıda deyilən məlumatlara görə inspektor Anar təmin edib. bu məlumat Asəf müəllimə çatanda isə məsələnin istiqamətini dərhal dəyişdirilməsi və 2 nəfərin sutkalığa digər 4 nəfərin isə bakunews.tvnun məqaləsindən sonra cərimələnməsi təmin edilib. bu gün isə verilən məlumatlarda tamamilə təhriflərin olduğunu qanunun deyil şahın qanun olduğunu əməlləri ilə subuta yetirənlər vəzifə başındadırlar.

bakunews.tv xəbər verir ki, Masallı rayon RPŞ-nin səyləri nəticəsində DYP-nin əməkdaşı inspektor Anar və ağ BMW-nin sahibi məsuliyyətdən tam olaraq kənar saxlamağa müəssər olunub. Masallı baş verən hadisənin təfərüatları bitmək bilmir. Məsələ ilə bağlı araşdırma məqsədi ilə Daxili işlər Regional Mətbuat xidmətinə müraciət etdik. Müraciətimizə cavab yubansada sonda verilən cavab da qənaitbəxş olmadı. Məsələ tamamilə gizlədilmək üçün hesab edilsədə qismən gizlədilməsi RPŞ tərəfindən təmin edildiyi düşünülür. İstintaq aparılarkən təhqiqat və ya istintaq mediada dərc edilənlərin araşdırılmasınada önəm verməli idi. işində nöqsan buraxılması əmrinə tabe olduğunun əmrin icra etməkdən daha pisdir.

Daxili İşlər Nazirliyində aparılan islahatlar göründüyü qədər hələ çox aparılacaq. Bəzi şəxslər Nazir Vilayət Eyvazovun islahatlarına kölgə salmaqdadır. Onun apardığı siyasət qanunların şəfav icrası olduğundan haqsız qazanc azalır ona görədə bu islahatların əksinə rüşvətin tüğyanı baş qaldırır. Bu gün xırda bir avtoxuliqanlıqla bağlı məsələnin istintaqında bu qədər nöqsan buraxanlar görün cinayət əməllərinin araşdırmasında hansı nöqasanlara yol verirlər.

Növbəti yazımızda:

- "Ərkivan OİL"-baş mühasibinin oğlu hansı məsuliyyəti götürdü...?
- Avtomobilin idarə edən şəxslə yanaşı əyləşən və bu hərəkəti dəstəklədiyi halda şəxs sadəcə cərimə ilə necə qanunun sərt üzündən yan keçib...?
- Fettahlı Mirfəttahın avtoxuliqan deyil ictimai yerdə söyüş söyməsinə görə cərimə edilməsi hansı məntiqə sığır...?
- Tək natarus müdirinin oğlu lənkəranda məmur işlədiyi atanın Masallıda sözü keçmədiyi üçün oğlu həbs edildi...?
- DYP inspektoru Anar niyə məsələdən uzaq tutulur...?
- Anar əslində kimdir və bu toyda hansı məqsədlə iştirak edib və bu qanun pozuntusuna şərait yaratmasına səbəb nə olub...?


bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər