Hadisə
328
22-07-2022, 15:31

Şamaxıda xalaoğlular əylənmək üçün gölə getdilər - Həyatları bahasına başa gəldi

Üç xalaoğlu sərinləmək üçün getdikləri süni göldə boğulublar. Hadisə zamanı uşaqlardan 2-si ölüb, birinin isə vəziyyəti isə normaldır.

bakunews.tv
xezerxeber-ə istinadən xəbər verir ki, əylənmək üçün gölə getdilər. Amma bu onlara həyatları bahasına başa gəldi.

3 xala oğlu isti havanı fürsət bilib, Şamaxı rayonu ərazisindəki süni göldə çimib. Anidən onların 3-ü də göldə batıb.

Dünən axşam saat 20:00 radələrində rayonun Əngəxaran kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağaqardaş Rəhimov, həmyaşıdı Fərid Rəcəbov və 2008-ci il təvəllüdlü Rəvan Mirzəyev Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğulub.

Ağaqardaş hadisə yerində, Rəvan Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Həkimlərin səyi nəticəsində Fəridin həyatını xilas etmək mümkün olub. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər