Hadisə
431
23-07-2022, 21:34

Şəkidə mikroavtobus qəzaya düşdü - FOTO

Şəkidə "Vito" markalı mikroavtobus qəzaya düşüb.

bakunews.tv qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax istiqamətində hərəkətdə olan Balakən sakini Yaşar Süleymanova məxsus "Vito" markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub.

Qəzadan sonra "Vito" yoldan çıxaraq ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olanlar ciddi xəsarət almayıb, üç baş camış tələf olub.

Faktla bağlı araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər