SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Gölməçədə 47 yaşlı qadının meyiti tapıldı

Gölməçədə 47 yaşlı qadının meyiti tapıldı

15.08.2024 11:00 287
Abşeronda gölməçədə meyit tapılıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gölməçədə cəsəd aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Xoşgül İman qızı Alıyevanın meyiti gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xəbəri necə qiymətləndirirsiniz?