Hadisə
378
29-07-2022, 16:00

Ukrayna Donetskdə həbsxananı vurdu - 53 ölü, 75 yaralı

“Ukrayna Silahlı Qüvvələri Donetskdə Volnovaxa şəhərində ukraynalı hərbi əsirlərin saxlanıldığı cəzaçəkmə koloniyasına raket zərbəsi endirib”.

bakunews.tv tass-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Donetsk Xalq Respublikası”nın müdafiə qərargahı yayıb. 

Məlumata görə, zərbə nəticəsində 53 nəfər həlak olub, daha 75 nəfər isə yaralanıb. 

Koloniyada ümumilikdə 193 nəfərin olduğu bildirilir. 

Ukrayna tərəfinin koloniyaya “HIMARS” reaktiv yaylım atəşi sistemləri ilə zərbə endirdiyi iddia olunur.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər