Hadisə
311
2-08-2022, 18:50

Salyan yolunda ağır qəza - Ölən var - FOTOlar

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.

bakunews.tv apa-ya istinadən bildirir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

bakunews.tv


Məqaləyə dair fotomateriallar:















Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər