Hadisə
384
4-08-2022, 14:22

Bakıda yol qəzası: Qadın xəstəxanada öldü...

bakunews.tv-nun lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində "Olimpiya" stadionunun arxasındakı yolda baş verib.

Rzayev Rafis Ramiz oğlu idarə etdiyi "Ford Tranzit Yük" markalı avtomobili ilə şəxsiyyəti hələlik bilinməyən 30-35 yaşlarında qadını vurub. Nəticədə qadın xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər