Hadisə
14
19-09-2025, 16:18

Lənkəranda AĞIR QƏZADA həlak olan məktəblilərin fotosu

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakunews.tv-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil kənddə məktəbə gedən 2014-cü il təvəllüdlü Ramid Əliyev və onun bacısı, 2017-ci il təvəllüdlü Gülay Əlizadəni vurub.

Yaralılar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki şəxs xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər