Hadisə
12
10-11-2025, 09:45

Şərurda DƏHŞƏTLİ QƏZA - Ölən var

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Naxçıvan–Şərur magistral yolunun Püsyan kəndi ərazisində qeydə alınıb.

Belə ki, 68 BL 204 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil "TIR"la toqquşub.

Nəticədə "Mercedes"in sürücüsü, 1994-cü il təvəllüdlü Xəlilov Ümid Səməd oğlu həlak olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.//Report

Bakunews.tv
Son xəbərlər