Hadisə
1
Bu gün, 14:00

Türkiyədə meyiti tapılan azərbaycanlı iş adamının FOTOSU

Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, tapılan meyit 1977-ci il təvəllüdlü Rövşən Zeynalova aiddir.

Onun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.

Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.

Digər əldə etdiyimiz məlumata görə, azərbaycanlı iş adamı "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər