Siyasət
5
Bu gün, 11:24

Prezidentin Naxçıvandan mesajları: Avropada Azərbaycan işığı yanacaq

“Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olub, burada görülən işlərlə tanış olub və bir sıra vacib dövlət obyektlərinin təməlqoyma mərasimində iştirak edib. Cənab Prezidentin Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına müsahibəsində qeyd etdiyi strateji məqamlardan biri də enerji təhlükəsizliyi və elektrik enerjisi ixracatı ilə bağlıdır”.

Deputat bildirib ki, hazırda Naxçıvanda əhalinin illik təbii qaz istehlakı 127 milyon kub metr, elektrik enerjisi sərfiyyatı isə 147 milyon kilovat-saatdır:

“2020-ci ildən sonra Naxçıvanda əhalinin elektrik enerjisi istehlakı 16 faiz artıb. Bu isə Naxçıvanda enerji təhlükəsizliyinin güclənməsi ilə yanaşı, iqtisadiyyatın inkişafı nəticəsində enerji tələbinin artması ilə bağlıdır. Belə ki, əhali ilə yanaşı, iqtisadiyyatın da enerji istehlakında artım müşahidə olunur. Hazırda Naxçıvanda 130 sənaye müəssisəsi fəaliyyət göstərir. 2020-ci ildə bu göstərici 109 idi. Bu o deməkdir ki, son 5 ildə Naxçıvanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 20 faiz artıb.

Zəngəzur dəhlizinin və eləcə də TRIPP-in istifadəyə verilməsi uzun müddət blokada şəraitində yaşayan Naxçıvanın strateji mövqeyini daha da gücləndirəcək. Yeni mərhələdə Naxçıvan vasitəsilə yalnız ənənəvi məhsulların deyil, eləcə də elektrik enerjisinin də ixracatı mümkün olacaq. Destinasiya isə Avropa İttifaqıdır. Bu isə Avropada Azərbaycan işığının yanması demək olacaq”.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər