Hadisə
330
15-08-2022, 17:01

Bakı bulvarında daş üzlüklər yararsız vəziyyətə düşüb

Dənizkənarı Milli Parkın ərazisində bir neçə nöqtədə yerdəki daş üzlüklər yararsız vəziyyətə düşüb.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu, bulvarda insanların gediş-gəlişində müəyyən çətinliklər yaradır.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva “Report”a bildirib ki, bulvarda daş üzlüklər yararsız vəziyyətə düşdükdə yenisi ilə əvəzlənir

Onun sözlərinə görə, ərazidə mütəmadi olaraq təmir-tikinti və bərpa işləri aparılır:

“Döşəmələrin qırılan hissələrində mütləq şəkildə təmir işləri aparılır. Bu işlər mütəmadi olaraq görülür. Bulvar idarəsi belə halları mütləq şəkildə nəzarətdə saxlayır”.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər