Hadisə / Bölgə
345
15-08-2022, 17:10

Şabranda meşə yanğını evə keçib, 3 ev yanır

Şabran rayonunda meşədə başlayan yanğın fərdi yaşayış evlərinə keçib.

bakunews.tv report-a istinadən xəbər verirki, rayonun Dağ Bilici kəndində otlaq sahədən başlayan yanğın meşə ərazisinə keçib. Daha sonra yanğının miqyası genişlənərək sözügedən kəndin fərdi yaşayış evləri yanmağa başlayıb. İlkin məlumata görə, kənd ərazisində üç fərdi yaşayış evi yanır.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər