Hadisə
383
16-08-2022, 12:40

Bakıda 54 nəfəri gün vurub

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib.

TƏBİB-dən bakunews.tv-ya milli.az-a istinadən verilən xəbərə görə, onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər