Hadisə
307
19-08-2022, 18:50

Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib, xüsusi müşavirə keçirib

"Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran rayonuna gəlib, xüsusi müşavirə keçirib".

Bunu bakunews.tv-ya report-a istinadən açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev deyib.

O bildirib ki, toplantıda şimal bölgəsinin rayonlarının icra başçıları, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib:

"Tədbirdə adiyyəti qurumların əməkdaşları Kəmaləddin Heydərova ərazidə baş verən yanğınla bağlı məruzə ediblər. Nazir müşavirənin sonunda yanğının tam söndürülməsi istiqamətində tapşırıqlar verib".

bakunews.tv
Son xəbərlər