Hadisə / Bölgə
377
22-08-2022, 12:55

Laçında iki hərbçimiz minaya düşüb

Laçında Azərbaycanın iki hərbçisi minaya düşüb.

Bu barədə bakunews.tv-ya report-a istinadən Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib.

"Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər