Hadisə / Bölgə
381
23-08-2022, 12:47

Hacıqabulda bədbəxt hadisə

Hacıqabulda bədbəxt hadisə baş verib.

bakunews.tv apa-ya istinadən bildirir ki, hadisə Hacıqabul rayonunun Udulu qəsəbəsində qeydə alınıb. 1-ci Udulu kənd sakini, 1991-ci il təvəllüdlü Əzizov Şöhrət Yengibar oğlu yük maşınının təkərini təmir edərkən təkərdən qopan dəmir ling onun başına dəyib və hadisə yerində ölüb.

Qeyd edək ki, Ş.Əzizov 4 uşaq atasıdı.

Faktla bağlı araşdırma aparılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər