Hadisə / Ölkə
438
8-09-2022, 01:01

Bakıda gənc oğlan 8-ci mərtəbədən yerə düşdü

Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.


bakunews.tv apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Qəhrəmanov Ramal Şükür oğlu binanın 8-ci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb.

O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrində sınıq xəsarətləri alıb.

Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər