Hadisə
386
8-09-2022, 01:03

Bakıda 31 yaşlı kişi yol qəzasında xəsarət alıb

Bakıda 31 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.


bakunews.tv report-a istinaden məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Əmirov Şənlik Mirzəxan oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın koməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol dirsək sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər