Hadisə / Bölgə
430
28-04-2023, 23:51

Tərtərdə mina partlayışı nəticəsində həlak olanların nəşi tibbi ekspertizadan ailələrinə təhvil veriləcək

"Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində həlak olanların nəşi məhkəmə-tibbi ekspertizasının baxışından sonra aidiyyəti üzrə ailələrinə təhvil veriləcək".

Bu sözləri bakunews.tv-ya reporta istinadən Tərtər Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Vüsal Əliyev deyib.

"Bu gün xəstəxanamıza mina partlayışı nəticəsində həlak olan üç nəfərin meyiti gətirilib. Hadisə nəticəsində yaralanan olmayıb. Onların nəşi xəstəxananın morquna yerləşdirilib. Məhkəmə-tibb ekspertizasının müayinəsindən sonra ailələrinə təhvil veriləcək", - V.Əliyev qeyd edib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər