İdman
164
21-11-2023, 20:26

AFFA rəsmisi “Beşiktaş”ın oyununa təyinat alıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.
AFFA-nın rəsmi saytında yer alan xəbərə görə, o, Türkiyədə yerli “Beşiktaş” və Belçikanın “Brügge” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda UEFA Matç Direktoru qismində çalışacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 30-da İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda gerçəkləşəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər