İdman
116
2-07-2024, 00:31

Avropa çempionu olan Azərbaycanın sərbəst güləşçiləri Bakıya qayıdıblar

Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatının qalibi olan Azərbaycanın sərbəst güləş millisi Bakıya qayıdıb.

bakunews.tv-ın report-a istinadən məlumatına görə, yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət nümayəndələri, azarkeşlər və KİV təmsilçiləri qarşılayıblar.

Qeyd edək ki, yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayaraq Avropa çempionu olub. Türkiyə (119) isə üçüncü yeri tutub.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıblar.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər