İdman
182
2-07-2024, 01:07

Bellinqem AVRO-2024-ün 1/4 finalını buraxa bilər

UEFA İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemin AVRO-2024-ün 1/8 finalında Slovakiya ilə oyundakı (2:1) davranışını araşdıracaq.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Etika və intizam müfəttişi əsas davranış qaydalarının pozulması ilə bağlı araşdırma aparacaq. Nəticələr ilə bağlı məlumat veriləcək", - deyə UEFA-nın rəsmi saytında deyilir.

Xatırladaq ki, Cud qol vurduqdan sonra əlini qasıq nahiyəsinə apararaq nalayiq hərəkət edib. Bundan sonra futbolçu hörmətsizlikdə ittiham olunub.

Bu səbəbdən o, turnirin 1/4 finalındakı İsveçrə seçməsi ilə qarşılaşmanı buraxa bilər.

Mənbə: championat.com

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər