İdman
212
6-07-2024, 07:38

Amerika Kuboku: Daha bir yarımfinalçını penalti seriyası müəyyənləşdirdi

Amerika Kubokunda yarımfinala adlayan növbəti komanda bəlli olub.

bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, Venesuela-Kanada görüşündə hesab 13-cü dəqiqədə açılıb. Ceykob Şaffelburq şimallıları hesabda irəli çıxarıb - 1:0. Amma məğlubiyyətlə barışmayan Venesuela futbolçuları bərabərlik qolunu vurublar: 64-cü dəqiqədə Salomon Rondon hesaba tarazlıq gətirib - 1:1.

Qalan vaxtda komandalar çox çalışsalar da, hesab dəyişmədiyindəm qalibin adına penaltilər seriyasında aydınlıq gətirilib. Burada daha dəqiq oynayan Kanada futbolçuları adlarını yarımfinala yazdırıblar - 5:4.

Xatırladaq ki, ötən gün keçirilən oyunda da Argentina Ekvadora penaltilər seriyasında qalib gələrək yarımfinal mərhələsinə adlayıb.

Dördddəbir final mərhələsinin digər görüşü iyul ayının yeddisində keçiriləcək.

bakunews.tv
Son xəbərlər