İdman
0
Bu gün, 13:18

“Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Klublararası dünya çempionatının 1/8 final mərhələsində “Mançester Siti” üzərində qələbə qazanan (4:3) “Əl-Hilal”ın futbolçuları fantastik məbləğdə mükafat alıblar.
Bu barədə “Globo Esporte” nəşri məlumat yayıb.

Belə ki, klub prezidenti Fahad bin Nafel matç başa çatdıqdan az sonra paltardəyişmə otağında mükafatı açıqlayıb.

Mənbənin məlumatına görə, oyundan sonra hər bir futbolçuya 2 milyon Səudiyyə rialı (452 min avro) mükafat verilib.

Qeyd edək ki, “Əl-Hilal” 1/4-də Braziliyanın “Fluminense” komandası ilə qarşılaşacaq. Matç 4 iyulda baş tutacaq.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər