UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.
Bakunews.tv xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır. Biletlər hər gün saat 10:00-dan 21:00-dək "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Aris" arasında qarşılaşma iyulun 24-də, saat 20:00-da "Liv Bona Dea Arena"da keçiriləcək.