İdman
7
5-01-2026, 14:02

Demçenko "Araz-Naxçıvan"a italiyalı məşqçi gətirdi

"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.

Baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisi italiyalı mütəxəssis Rikkardo De Vivo olacaq.

UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu "Dinamo Tbilisi" olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə "Jenis" (Qazaxıstan), "Liepaya" (Latviya), "Lokomotiv" (Tbilisi, Gürcüstan), "Episkopi" (Yunanıstan) və başqa klublarda işləyib.

Digər köməkçilər isə Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.

Bakunews.tv
Son xəbərlər