İdman
8
22-01-2026, 13:18

Qələbə qazanan “Qarabağ”ın qazancı açıqlandı

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın qazancı artmaqda davam edir.
Bakunews.tv publika.az-a istinadən xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 7 turdan sonra 10 xal toplayan Ağdam klubunun ümumilikdə qazancı 7,05 milyon avroya (təqribən 14 milyon manat) çatıb.

UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Heç-heçə isə 750 min avro dəyərindədir.

Qeyd edək ki, “Qarabağ” ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə 23,7 milyon avro (47,1 milyon manat) gəlir əldə edib. Ümumilikdə isə “Qarabağ”ın cari mövsümdəki gəliri təqribən 30,75 milyon avroya (61,11 milyon manat) çatıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər